1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Gözlənilməz strategiya

Müşahidə edə bilən və məntiqli zəka istənilən insan strategiyasını öngörə bilir. Lakin gözlənilməz qərarlar alma üsulu yenə də mövcuddur: prosesə təsadüflük elementi əlavə etmək lazimdir. Məsələn zər atıb növbəti hücumun istiqamətini seçmək.
Qlobal strategiyada müəyyən xaosun olması sürpriz effektindən savayı mühim qərarların qəbul edilməsi məntiqini gizləmək imkanı yaradır. Heç kim zərin necə düşəcəyini öngörə bilmir.
Əlbəttə ki, müharibə şəraitində generalların çoxu gələcək manevrin necə olacağını bu cür seçməyə cəhd etmir. Hesab edirlər ki, bunun üçün onların intellekti yetərlidir. Lakin zər düşməni qorxutmağın ən gözəl yoludur. Düşmən özünü bir addım geridə hiss edəcək, çünki hadisənin səbəb-nəticə əlaqəsini anlamayacaq. Düşmən özünü itirərək qorxa-qorxa reaksiya verəcək və hərəkətləri tamamilə öngörüləbilən olacaq.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə