1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Həll üsulu

İdeya tapmaq və ya çətin problemin üstəsindən gəlməyin yolu budur (bu həll yolu Salvador Dali tərəfindən istifadə olunurdu, o da öz növbəsində bu düşüncəni sisterian rahiblərindən mənimsəmişdi).
Bunun üçün iki qoltuğu olan stula əyləşmək, əlinə isə dərin kasa və çay qaşığı almaq lazımdır. Əgər adətən dərin yuxuya gedirsizsə, xörək qaşığı götürməniz daha məsləhətlidir. Kasanı çevirib yerə qoyun. Stulda oturaq vəziyyətdə qaşığı baş və orta barmağınızla kasanın üzərində tutun, lakin çox bərk sıxmayın.
Belə vəziyyətdə həll olunması gərəkən məsələ haqda düşünərək yuxuya gedin. Qaşıq kasanın üstünə düşəndə siz qəflətən oyanacaqsınız, problemin həlli tapılacaq, yeni ideya kəşf edəcəksiniz.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə