1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Startupın Əsas mərhələləri

Hər bir yeni layihə (Startup) bir neçə əsas inkişaf mərhələsini keçir. Və bu mərhələlərin hər birinin öz xüsusiyyətləri var:

Mərhələ 1. Pre-seed və ya səpin. Bu mərhələ indeyanı anlamaqla xarakterizə olunur. Komanda bazarın perspektivlərini öyrənir, ilkin planı hazırlayır. Bu plan biznesi başlamağın və inkişaf etdirməyin yolları haqda məsləhətləri özündə əks etdirir. Çox zaman startaperlər layihəni texniki cəhətdən necə həyata keçirəcəklərini tam olaraq bilmirlər.
Mərhələ 2. Startapın başlanılması və ya Startup stage – bu işin ilk və ən problemli həftələridir. Komanda var gücü ilə çalışır ki, yeni məhsulun və ya xidmətin digərlərinin üzərində üstünlüyünü göstərə bilsin. İnvestisiya cəlb etmək üçün müxtəlif reklam vasitələrinə əl atılır. İşgüzarlıq və israrlılıq yüksək səviyyədə olmadıqda, məhsul və ya xidmət gözlənilən marağı cəlb etməyə bilər. Bir çox startaplar məhz bu mərhələdə iflasa uğrayır.
Mərhələ 3. Böyümə mərhələsi və ya Growth Stage – məhsul və ya xidmətin bazarda daha da inkişaf etdirilməsini və konsolidasiyasını nəzərdə tutur. Bu mərhələdə məhsul artıq istehlakçılar arasıda tanınır, işlər biznes-plan üzrə aparılır.
Mərhələ 4. Genişlənmə mərhələsi və ya Expansion stage. Startap artıq yetərincə tanınır, gəlir gətirir və getdikcə bazarda olan yerini genişlədir. Komanda yeni bənzər layihələr əldə edən əsl istehsalçı və ya maliyyə şirkətinə çevrilir.
Mərhələ 5. Çıxış və ya Exit stage: iş uğurla aparıldıqda və startap inkişaf etdikdə investorların çoxu bu mərhlədə layhihəni tərk edir, biznes isə strateji ortaqlara satılır. Əgər layihə müştəriləri cəlb edə bilmədisə, çıxış mərhələsi startapın bağlanması ilə yekunlaşa bilər.