1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Startap (StartUp) nədir?

Startap nədir? Məhz bu sual Google axtarış sisteminin statistikasına əsasən ən çox axtarılan mövzulardan biridir.
Buna görə bizneslə, internetlə, ümumiyyətlə iş dünyası ilə maraqlanmağa yeni başlayanları nəzərə alaraq bu mövzuya toxunmaq qərarına gəldim!
Startap (ingiliscə startup, startup company) - inkişaf mərhələsində olan, yeni yaranmış bir şirkətdir (firma, müəssisə). Startap yaxşı gəlir gətirə biləcək perspektivli ideyanın (və ya ideyaların) həyata keçirilməsi üçün yaradılır. Startap komandası adətən 2-5 nəfərdən ibarət olur.
Startaper (ingiliscə startuper) – startapın yaradıcısı və ya layihənin iştırakçılarından biridir.

Startapların yaranma tarixi
“Startap” anlayışının yaranması Silikon Vadisi ilə bağlıdır. Silikon Vadisinin uğurla fəaliyyət göstərməsi demək olar ki startapın yaranması ilə başladı: 1939-cu ildə Stenford universitetinin gənc məzunları Vilyam Xyulett (William Hewlett) və Devid Pakkard (David Packard) balaca və yeni layihəni yaradaraq onu “startup” adlandırdılar. Zaman ötdükcə bu kiçik layihə “Hewlett-Packard” adlanan nəhəng şirkətə çevrildi.
Uğurlu startapların digər – klassik! – nümunələri arasında Microsoft (1975), Apple Computer inc. (1976) və Google (1998) şirkətlərini qeyd etmək olar. Microsoft şirkətini yaradan startaperlər – Bill Geyts (Bill Gates) və Pol Allendir (Paul Allen). Apple şirkətinin startaperləri – Stiv Cobs (Steven Paul Jobs), Stiv Voznyak (Stephen Gary Wozniak) və onlara sonradan qoşulan Ron Veyndir (Ron Wain). Google şirkətinin startaperləri – Lerri Peyc (Lawrence Edward Page) və Sergey Brindir (Sergey Brin).

Startap necə yaradılır?
Məsələn, oxucu sayısını artırmaq istədiyiniz hər hansı “kontent saytı” sizin startapınız ola bilər. Bunun üçün isə sayta çoxlu sayda maraqlı tematik mövzular yerləşdirmək lazımdır.
Çox sayda maraqlı kontent yerləşdirilən sayt Sizə aylıq 500-1000$ arası gəlir gətirə bilər. Belə saytlardan isə bir neçəsini yaratmaq olar!
Startapların yaranma və mövcud olma səbəblərindən biri nəhəng şirkətlərin daha ləng olmasıdır. Nəhəng şirkətlər artıq mövcud olan məhsullardan (brend olan) yetərincə gəlir əldə edir, yeni məhsulları yaratmaqda isə adətən çətinlik çəkirlər.
Startaplar daha mobil olduqları üçün yeni ideyaların yaradılması və həyata keçirilməsi mövzusunda böyük şirkətlərlə asanlıqla rəqabətə girə bilir. Bəs startapın uğurlu olması üçün nə lazımdır?
Startapın uğurlu olması üçün ən azından üç əsas amilə ehtiyac var:
-  ideya (idealda isə dahiyanə ideya və ya bir neçəsi);
-  insanlar (idealda isə dahiyanə ideyalara malik dahiyanə insanlar!);
-  investorlar (vençur kapitalistlər, biznes mələkləri).
Lakin hətta bu amillərin uğurlu birləşməsi qələbənin qarantı deyil: statistikaya əsasən, on startapdan yalnız biri uğurlu olur... Bəs startapların uğurlu olması üçün daha nə lazımdır? Startaperlərin gənc (statistikaya əsasən startaperlərin ortalama yaşı 24-dür), öz ideyasına və işinə həvəsli, və fədakar olmasıdır (çünki onların əsas məqsədi uğur qazanmaqdır, startaperlər “ya hər şey, ya da heç nə” prinsipi ilə çalışır).
Ağlına dahiyanə fikir gəlib? O zaman öz startapını yarat! Bəlkə də sən yeni “Silikon Vadisi”nin beşiyində dayanmısan...

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə