1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Startupın Əsas mərhələləri

Hər bir yeni layihə (Startup) bir neçə əsas inkişaf mərhələsini keçir. Və bu mərhələlərin hər birinin öz xüsusiyyətləri var:

Mərhələ 1. Pre-seed və ya səpin. Bu mərhələ indeyanı anlamaqla xarakterizə olunur. Komanda bazarın perspektivlərini öyrənir, ilkin planı hazırlayır. Bu plan biznesi başlamağın və inkişaf etdirməyin yolları haqda məsləhətləri özündə əks etdirir. Çox zaman startaperlər layihəni texniki cəhətdən necə həyata keçirəcəklərini tam olaraq bilmirlər.
Mərhələ 2. Startapın başlanılması və ya Startup stage – bu işin ilk və ən problemli həftələridir. Komanda var gücü ilə çalışır ki, yeni məhsulun və ya xidmətin digərlərinin üzərində üstünlüyünü göstərə bilsin. İnvestisiya cəlb etmək üçün müxtəlif reklam vasitələrinə əl atılır. İşgüzarlıq və israrlılıq yüksək səviyyədə olmadıqda, məhsul və ya xidmət gözlənilən marağı cəlb etməyə bilər. Bir çox startaplar məhz bu mərhələdə iflasa uğrayır.
Mərhələ 3. Böyümə mərhələsi və ya Growth Stage – məhsul və ya xidmətin bazarda daha da inkişaf etdirilməsini və konsolidasiyasını nəzərdə tutur. Bu mərhələdə məhsul artıq istehlakçılar arasıda tanınır, işlər biznes-plan üzrə aparılır.
Mərhələ 4. Genişlənmə mərhələsi və ya Expansion stage. Startap artıq yetərincə tanınır, gəlir gətirir və getdikcə bazarda olan yerini genişlədir. Komanda yeni bənzər layihələr əldə edən əsl istehsalçı və ya maliyyə şirkətinə çevrilir.
Mərhələ 5. Çıxış və ya Exit stage: iş uğurla aparıldıqda və startap inkişaf etdikdə investorların çoxu bu mərhlədə layhihəni tərk edir, biznes isə strateji ortaqlara satılır. Əgər layihə müştəriləri cəlb edə bilmədisə, çıxış mərhələsi startapın bağlanması ilə yekunlaşa bilər.

Biznes planın hazırlanması mərhələləri

1. Layihənin məzmunu və əsaslandırılması, Biznes ideyanın formalaşdırılması
2. Layihə rəhbəri və icraçılar haqqında məlumat.
3. Marketinq araşdırmalarının planının hazırlanması (araşdırmalar daxil).
4. İcra planı;
5. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri;
6. İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat;
7. Maliyyə planı (İnvestisiyaların həcminin qiymətləndirilməsi, İstehsalın dəyərinin və gəlirin müəyyənləşdirilməsi, maya dəyərinin müəyyənləşdirilməsi).
8. İlkin kapitalın hesablanması və kreditə olan ehtiyacın müəyyənləşdirilməsi.
9. Risklərin qiymətləndirilməsi;
10. Layihənin qısa xülasəsi.

Startap başlatmaq üçün nələri bilmək lazımdır?

Startap başlatmaq üçün bir sıra zəruri tədbirlərin görülməsi gərəkdir. Gənc biznesmenlər düşünürlər ki, sadəcə unikal satış təklifinin olması yetərlidir. Lakin yeni brendin uğurlu olması bir neçə amildən asılıdır. İşə başlamazdan əvvəl bunlarn üzərində işləmək lazımdır. 

Əsas müddəalar
Bazarda yeni inkişaf etməyə başlayan hər-hansı bir istiqamətdə işləyən şirkət startap adlandırılır. Bugün demək olar ki bütün startaplar vençur investorarı tərəfidən maliyyələşdirlir.

Ətraflı: Startap başlatmaq üçün nələri bilmək lazımdır?

Startap (StartUp) nədir?

Startap nədir? Məhz bu sual Google axtarış sisteminin statistikasına əsasən ən çox axtarılan mövzulardan biridir.
Buna görə bizneslə, internetlə, ümumiyyətlə iş dünyası ilə maraqlanmağa yeni başlayanları nəzərə alaraq bu mövzuya toxunmaq qərarına gəldim!
Startap (ingiliscə startup, startup company) - inkişaf mərhələsində olan, yeni yaranmış bir şirkətdir (firma, müəssisə). Startap yaxşı gəlir gətirə biləcək perspektivli ideyanın (və ya ideyaların) həyata keçirilməsi üçün yaradılır. Startap komandası adətən 2-5 nəfərdən ibarət olur.
Startaper (ingiliscə startuper) – startapın yaradıcısı və ya layihənin iştırakçılarından biridir.

Ətraflı: Startap (StartUp) nədir?

İdeanin məhsula çevrilməsi 7 addım

Hər yeni məhsulun yaranması ilk öncə ideyadan başlayır və sonradan potensial müştəriyə təqdim olunacaq fiziki xüsusiyyətlər və xidmətlərin cəminə çevrilir. İdeyaların yaranma, qiymətləndirilmə və məhsula çevrilmə prosesi “yeni məhsulun hazırlanması” adlandırılır. Bu prosesin yeddi mərhələsini nəzərdən keçirəcəyik:
1. Yeni məhsulun strategiyasının hazırlanması
2. Yeni məhsul ideyasının generasiyası
3. İdeyaların seçilməsi
4. Biznes-analiz
5. Məhsulun yaradılması
6. Məhsulun bazarda sınanması
7. Kommersiyalaşdırma
Bunun prosesin bir növ ixtiyari təsviri olduğunu unutmamaq lazımdır. Mərhələ sayı daha çox və ya az ola bilər. Göstərilən yeddi mərhələ də ardıcıl olmaya bilər.
Məsələn, bazarın sınanmasını məhsulun yaradılma prosesinin bir hissəsi hesab etmək olar, biznes-analizin son mərhələləri isə məhsulun yekun dizaynı təsdiqlənənə və lazımi investisiyaların dəqiq qiymətləndirmələri həyata keçirilməyənə qədər yekunlaşa bilməz. Buna baxmayaraq, bu yeddi mərhələ yeni məhsulun yaranması üçün görüləcək işlərin təxmini xronoloji ardıcıllığını göstərir.

Ətraflı: İdeanin məhsula çevrilməsi 7 addım