1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Yaxşı nədir - pis nədir?

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

Bir fermerin oğluna bəyaz at hədiyyə verirlər. Bunu bilən qonşusu soruşur: “Sizin bəxtiniz gətirdi. Mənə belə gözəl bəyaz at hədiyyə verən olmayıb!”. Fermer isə cavab verdi: “Bilmirəm bu yaxşı haldır, yoxsa pis...”.

Fermerin oğlu ata mindi, at isə hürkdü və atlını yerə çırpdı. Fermerin oğlu ayağını sındırdı. Qonşusu dedi: “Bu, dəhşətdir! Siz haqlı idiz, xeyirli görünən bir şey bəzən zərərli ola bilər. Çox güman ki, sizə bu hədiyyəni bəxş edən adam sizə zərər vermək istəyirmiş. Oğlunuz ömrünün sonuna qədər şikəst qalacaq!”.
Lakin fermer çox da məyus görünmürdü. Fermer yenə də dedi: “Bilmirəm bu yaxşı haldır, yoxsa pis...”
Müharibə başladı, bütün gəncləri cəbhəyə apardılar, fermerin ayağı şikəst olan oğlundan başqa.
Qonşusu yenə fermerə yaxınlaşıb dedi: “Hamı müharibəyə getdi, sizin oğlunuzdan başqa, bu necə oldu?”.
Fermer yenə də təkrarladı: “Bilmirəm bu yaxşı haldır, yoxsa pis...”.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə