1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Kənar təsir

İstifadəçi səsi:   / 2
PisƏn yaxşı 

1961-cil ildə amerikalı professor Aş yeddi nəfər insanı bir otağa topladı. İnsanlara bildirdilər ki, onların üzərində təcrübə keçirərək, reallığı qavrama dərəcəsini yoxlayacaqlar. Əslində isə təcrübə yalnız bir insanın üzərində keçirilirdi. Qalan altı nəfər isə professorun köməkçiləri idi, onların əsl məqsədi həmin insanı çaşdırmaq idi. 

Divarda 25 və 30 sm uzunluğunda paralel xətlər çəkilmişdi. Xəttin birinin daha uzun olması aşikar idi. Professor Aş otaqda olan hər bir kəsdən hansı xəttin daha uzun olduğunu soruşurdu. Köməkçilərin hər biri 25 sm olan xəttin daha uzun olduğunu iddia etdi. Təcrübədə iştirak edənlərin 60% də professorun köməkçiləri ilə razılaşıb, 25 sm olan xəttin daha uzun olduğunu təsdiq edirdi. 30 sm-lik xəttin daha uzun olduğunu deyənlər isə professorun köməkçiləri tərəfindən lağa qoyulurdu, beləliklə təsir altına düşən 30% insan əvvəl-axır çoxluqla razılaşırdı. Bu təcrübə tələbələr və müəllimlərin üzərində keçirildi (heç də sadəlövh insanlar deyillər). Məlum oldu ki, 10 nəfərdən 9-nu 25 sm-lik xəttin 30 sm-lik xətdən daha uzun olmasına inandırmaq mümkündür.

Maraqlısı odur ki, sonradan həmin insanlara təcrübənin mənasını və köməkçilərin onların üzərində olan təsirini başa saldıqda, 10% yenə də 25 sm-lik xəttin daha uzun olduğunu iddia etməyə davam edirdilər.

Yanıldığını başa düşənlər isə cürbəcür bəhanələr uydururdular, bəziləri görmə qabiliyyətinin pis, bəziləri oturduğu yerdən baxış bucağının aldadıcı olduğunu iddia edirdi.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə