1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

Əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq

1974-cü ildə Toronto Uniersitetində çalışan filosof və psixoloq Anatoliy Rapaport iddia etdi ki, insanlar arasında ünsiyyətin ən effektiv yolları – 1. əməkdaşlıq, 2. qarşılıqlı mübadilə, 3. bağışlamaqdır. Digər sözlə, hər-hansı bir fərd, struktur və ya qrup digərləri ilə qarşılaşırsa, bu zaman ən sərfəlisi ittifaq qurmaqdır. Sonra isə qarşılıqlı mübadilə qanununa uyğun olaraq ortağınıza qarşılıqlı cavab verin. Əgər o sizə yardım edirsə, siz də yardım əli uzadın; yox, əgər o sizə hücum edirsə, siz də cavab olaraq eyni qaydada hücuma keçin. Son olaraq isə bağışlayıb, yenidən əməkdaşlıq təklif etmək lazımdır.
1979-cu ildə riyaziyyatçı Robert Akselrod canlılar kimi reaksiya verə bilən müstəqil kompüter proqramları arasında müsabiqə elan etdi. Yeganə şərt o idi ki, hər bir proqram ünsiyyət vasitələri ilə təchiz olunmalı və qonşuları ilə disskussiya etmə bacarığına malik olmalı idi.
Robert Akselrodin müxtəlif universitetlərdə çalışan kolleqaları 14 proqram disketi təqdim etdilər. Hər proqram müxtəlif davranış modelləri təklif edirdi (ən bəsitləri – iki növ davtranış qaydası, ən mürəkkəbləri isə - yüzlərcə). Ən çox xal yığan proqram qalib seçiləcəkdi.
Bəzi proqramlar qonşusunu mümkün qədər tez ekspluatasiya etməyə, onun xallarını oğurlamağa və tərəfdaşını dəyişməyə çalışırdı. Digərləri isə təkbaşına hərəkət etməyə, öz uğurlarını paxılcasına qorumağa və onları oğurlaya biləcək digərləri ilə kontakta girməməyə çalışırdı. Bəzi proqramlar var idi ki, kimsə düşmən kimi davranırdısa, əvvəlcə onun firkini dəyişdirməyə, alınmadıqda isə cəzalandırmağa çalışırdı. Bəziləri isə “əməkdaşlıq etmək, sonra isə gözlənilmədən xəyanət etmək” prinsipi ilə çalışırdı.
Hər bir proqram rəqibləri ilə iki yüz dəfə mücadiləyə qatıldı. Anatoliy Rapaportun ƏQMB - əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq - prinsipi ilə çalışan proqramı qalib oldu.
Bundan savayı ƏQMB proqramı digər proqramların arasına təsadüfi olaraq yerləşdirildikdə, əvvəlcə aqressiv qonşularına qarşı uduzurdusa, sonradan nəinki qalib olur, həm də digər proqramları “yoluxdururdu”. Rıqibləri bu taktikanın xal qazanmaq üçün daha effektiv olduğunu başa düşür və ona uyğunlaşırdı. Zaman bu üsulun doğru olduğunu sübut etdi. İş yaxşılıqda deyil, sizin proqram tərəfindən sübut olunan şəxsən əldə edəcəyiniz xeyrinizdədi.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə