1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Çinlilər özləri haqda zarafat edir

İstifadəçi səsi:   / 2
PisƏn yaxşı 

Çinlilər özləri haqda zarafat edir

Pulumuz olmayanda – donuz saxlayırıq. Pulumuz olanda isə - it.
Kasıb yaşayanda – dağlardan toplanan yabanı otlarla bəslənirik. Varlıykən isə yabanı otları baharı restoranlarda nəfis bir təam kimi sifariş edirik.
Pulumuz olmayanda velosiped sürürük. Pulumuz olanda isə - qonaq otağına yerləşdirdiyimiz velontrenajora minirik.
Pulumuz olmayanda evlilik xəyalları qururuq. Pulumuz olanda – boşanmaq arzusuna düşürük.
Pulumuz olmayanda həyat yoldaşımız gedib katibə işləyir. Pulumuz olanda – katibəmiz “həyat yoldaşı” vəzifəsini icra edərək, pul qazanır.
Pulumuz olmayanda – özümüzü pulumuz varmış kimi aparırıq. Pulumuz olanda – özümüzü pulsuz göstərməyə çalışırıq.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə