1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Paradoksal xahiş

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

Balaca Eriksonun yeddi yaşı olanda o, atasının necə buzovu tövləyə salmağa çalışdığını gördü. Atası var gücüylə kəndiri dartır, bozov isə var gücü ilə müqavimət göstəriridi. Erikson bərkdən gülməyə başladı. Atası isə dedi: “Belə ağıllısansa, gəl özün elə”. Erikson kəndiri dartmaq əvəzinə buzovun arxasına keçib, quyruğundan dartdı. Buvoz anında qaçaraq tövləyə girdi.


Qırx il sonra həmin o uşaq “Erikson gipnozu”nun müəllifi oldu. Bu üsul belə işləyir. Məsələn, övladınız otağını yığışdırmaq istəmir. Siz ondan otağı yığışdırmağı xahiş etsəz, rədd cavabı alacaqsız. Lakin otağı daha da dağınıq hala gətirsəz, əlavə oyuncaq və əşya gətirib hər yerə atsaz, uşaq deyəcək: “Ata, belə olmaz axı, yığışdırmaq lazımdır”.
Tarixdə “ani xahiş” üsulu şüürlu və ya şüursuz şəkildə əsrlər boyu tətbiq olunur. Millətlər Liqası və BMT-ni yaratmaq üçün iki dünya müharibəsi və millionlarla insan ölümü tələb olundu. “İnsan haqları deklarasiyasını” qəbul etmək üçün zalımların vəhşiliklərinə dözməyə məcbur olduq. Lazımi təhlükəsizlik tədbirləri alınmayan atom elektrik stansiyalarının zərərini anlamaq üçün Çernobıl faciəsini yaşamalı olduq.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə