1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

SAQB - “Sual altına qoyma böhranı”

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

İnsan hər zaman kiminsə təsiri altındadır. Xoşbəxt olduğu müddətdə onu əhatə edən şəraiti şübhə altına qoymur. Uşaq sevmədiyi yeməyi yeməyə məcbur edilməsini normal olaraq qəbul edir. Axı bu onun ailəsidir. Yetişkin insan rəhbərliyin onu alçaltmasını normal hal kimi qəbul edir. Axı bu onun işidir. İnsan həmçinin həyat yoldaşının ona hörmət etməməsini də normal olaraq qəbul edir. Çünki onun həyat yoldaşıdır. 

İnsan nəinki necə boğulduğunu hiss etmir, həmçinin işini, ailəsini və çərçivələrin çoxunu individuallığının göstərgəsi kimi qəbul edir. Çoxları qul statusu ilə razıdır, bu qandallardan azad olmamaq üçün ölümcül mücadələyə belə hazırdırlar.
İnsanları ayıltmaq üçün SAQB - “Sual altına qoymanın böhranı” lazımdır. SAQB -nin müxtəlif formaları var: bədbəxt hadisə, xəstəlik, həyat yoldaşından ayrılma və ya işdən çıxarılma. Bu hal insanı qorxudur, ən azından bir neçə anlığına öyrəşdiyi təzyiq mühitindən qoparır. SAQB -dan sonra insan çox vaxtı dağılan zindanın yerinə dərhal digərinin axtarışına çıxır. Boşanan insan dərhal ikinci dəfə ailə qurmağa can atır. İşdən azad olunan daha da çətin işə razılaşır... Lakin SAQB baş verən andan, yenidən stabil həyəta dönüşünə qədər insan əsl azadlığın nə olduğunu dərk edir. Bu azadlıq onu çox qorxudur.

Şərh əlavə et


Təhlükəsizlik kodu
Yenilə