1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer

Ravvinin nağılı

İstifadəçi səsi:   / 1

Nazir krala dedi:
- Taxıl klasiseps göbələyindən ziyan oldu (sonradan bu göbələk LSD istehsalı üçün istifadə olundu). Bu taxıldan bişirilən çörəyi dadan insan dəli olur.
Kral dedi:
- Yaxşı, insanları xəbərdar etmək lazımdır ki, bu taxıldan çörək bişirməsinlər.
- Lakin onu əvəz edəcək heçnə yoxdur. Onlara məhsulu verməsək, ya acından öləcəklər, ya da üsyan edəcəklər.
- Yaxşı, onda zəhərli taxılı onlara verin, biz isə təmiz buğda ehtiyatından istifadə edərik.
- Amma bizdən başqa hamı dəli olsa, hər kəs bizi dəli sanacaq.
Kral düşündü və dedi:
- Yaxşı, o zaman başqa seçimimiz yoxdur. Biz də hər kəs kimi zəhərli buğdanı yeməliyik. Lakin gərək alnımıza işarə qoyaq ki, dəli olduğumuzu unutmayaq.

{jcomments on}

Gözlənilməz strategiya

İstifadəçi səsi:   / 1

Müşahidə edə bilən və məntiqli zəka istənilən insan strategiyasını öngörə bilir. Lakin gözlənilməz qərarlar alma üsulu yenə də mövcuddur: prosesə təsadüflük elementi əlavə etmək lazimdir. Məsələn zər atıb növbəti hücumun istiqamətini seçmək.

Ətraflı: Gözlənilməz strategiya

Paradoksal xahiş

İstifadəçi səsi:   / 1

Balaca Eriksonun yeddi yaşı olanda o, atasının necə buzovu tövləyə salmağa çalışdığını gördü. Atası var gücüylə kəndiri dartır, bozov isə var gücü ilə müqavimət göstəriridi. Erikson bərkdən gülməyə başladı. Atası isə dedi: “Belə ağıllısansa, gəl özün elə”. Erikson kəndiri dartmaq əvəzinə buzovun arxasına keçib, quyruğundan dartdı. Buvoz anında qaçaraq tövləyə girdi.

Ətraflı: Paradoksal xahiş

SAQB - “Sual altına qoyma böhranı”

İstifadəçi səsi:   / 1

İnsan hər zaman kiminsə təsiri altındadır. Xoşbəxt olduğu müddətdə onu əhatə edən şəraiti şübhə altına qoymur. Uşaq sevmədiyi yeməyi yeməyə məcbur edilməsini normal olaraq qəbul edir. Axı bu onun ailəsidir. Yetişkin insan rəhbərliyin onu alçaltmasını normal hal kimi qəbul edir. Axı bu onun işidir. İnsan həmçinin həyat yoldaşının ona hörmət etməməsini də normal olaraq qəbul edir. Çünki onun həyat yoldaşıdır. 

Ətraflı: SAQB - “Sual altına qoyma böhranı”

İQ testlər

İstifadəçi səsi:   / 1

Unutmayaq ki, intellektual testlərin məqsədi intellekt sahibi olanların, daha doğrusu testlərin müəlliflərinin intellektual səviyyəsinə uyğun olan insanların, hamıdan ağıllı olmasını sübut etməkdir...

 

Seçimə yönləndirmə strategiyası

İstifadəçi səsi:   / 1

Seçimə yönləndirmənin yollarından biri - əvvəlcədən üç qəbul edilməsi mümkün olmayan variantı, axırda isə sizə lazım olanı təqdim etməkdir. Sonra isə sadəcə qəbuledilməz seçimləri tərifləmək lazımdır... Sizə lazım olan seçim mütləq qəbul ediləcək.

{jcomments on}

Ehtiyyat

İstifadəçi səsi:   / 1

Strateji oyunlarda hər zaman müəyyən dərəcədə məğlub ola biləcəyini göstərmək də lazımdı. Əsl qalibiyyət hər zaman sonda əldə olunur. Qo oyununda məsələn ən mötəbər qalibiyyət – bir xal ilə əldə olunan qalibiyyətdir. Ağırlıq həddən artıq böyükdürsə, qələbənin parlaqlığı solur. Oyun maraqsız keçdi kimi hisslər yaranır. Tam aydın qalibiyyət həm rəqibi alçaldır, həm də gələn oyunda onu qisas olaraq fırıldağa əl atmağa məcbur edə bilər. Əgər oyun zamanı siz artıq rəqibin zəifliyini hiss etdinizsə, bir müddətlik ona uymaq lazımdır.

{jcomments on}

Həll üsulu

İstifadəçi səsi:   / 1

İdeya tapmaq və ya çətin problemin üstəsindən gəlməyin yolu budur (bu həll yolu Salvador Dali tərəfindən istifadə olunurdu, o da öz növbəsində bu düşüncəni sisterian rahiblərindən mənimsəmişdi).
Bunun üçün iki qoltuğu olan stula əyləşmək, əlinə isə dərin kasa və çay qaşığı almaq lazımdır. Əgər adətən dərin yuxuya gedirsizsə, xörək qaşığı götürməniz daha məsləhətlidir. Kasanı çevirib yerə qoyun. Stulda oturaq vəziyyətdə qaşığı baş və orta barmağınızla kasanın üzərində tutun, lakin çox bərk sıxmayın.
Belə vəziyyətdə həll olunması gərəkən məsələ haqda düşünərək yuxuya gedin. Qaşıq kasanın üstünə düşəndə siz qəflətən oyanacaqsınız, problemin həlli tapılacaq, yeni ideya kəşf edəcəksiniz.

{jcomments on}

Vərəq

İstifadəçi səsi:   / 1

Bəzən vərəqlərin nəyə görə əsasən 21 × 29,5 sm formatında olduğunu firikləşirsən. Əslində bu ölçü Leonardo da Vinçi tərəfindən kəşf edilən bir növ “qanundur” (bir sıra sayın nisbəti). Bu ölçünün maraqlı xüsusiyyəti var: 21 × 29,5 sm formatında vərəqi ikiqat qatladıqda vərəqin uzunu eninə dönüşür, proporsiya isə eyni qalır. Bu ölçüdə olan vərəqi nə qədər qatlasaz da, bu proporsiya dəyişmir. Yalnız bu proporsiyanın belə bir xüsusiyyəti var.

{jcomments on}

Yaxşı nədir - pis nədir?

İstifadəçi səsi:   / 1

Bir fermerin oğluna bəyaz at hədiyyə verirlər. Bunu bilən qonşusu soruşur: “Sizin bəxtiniz gətirdi. Mənə belə gözəl bəyaz at hədiyyə verən olmayıb!”. Fermer isə cavab verdi: “Bilmirəm bu yaxşı haldır, yoxsa pis...”.

Ətraflı: Yaxşı nədir - pis nədir?

Kənar təsir

İstifadəçi səsi:   / 2

1961-cil ildə amerikalı professor Aş yeddi nəfər insanı bir otağa topladı. İnsanlara bildirdilər ki, onların üzərində təcrübə keçirərək, reallığı qavrama dərəcəsini yoxlayacaqlar. Əslində isə təcrübə yalnız bir insanın üzərində keçirilirdi. Qalan altı nəfər isə professorun köməkçiləri idi, onların əsl məqsədi həmin insanı çaşdırmaq idi. 

Ətraflı: Kənar təsir

Əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq

İstifadəçi səsi:   / 1

Əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq

1974-cü ildə Toronto Uniersitetində çalışan filosof və psixoloq Anatoliy Rapaport iddia etdi ki, insanlar arasında ünsiyyətin ən effektiv yolları – 1. əməkdaşlıq, 2. qarşılıqlı mübadilə, 3. bağışlamaqdır. Digər sözlə, hər-hansı bir fərd, struktur və ya qrup digərləri ilə qarşılaşırsa, bu zaman ən sərfəlisi ittifaq qurmaqdır. Sonra isə qarşılıqlı mübadilə qanununa uyğun olaraq ortağınıza qarşılıqlı cavab verin. Əgər o sizə yardım edirsə, siz də yardım əli uzadın; yox, əgər o sizə hücum edirsə, siz də cavab olaraq eyni qaydada hücuma keçin. Son olaraq isə bağışlayıb, yenidən əməkdaşlıq təklif etmək lazımdır.

Ətraflı: Əməkdaşlıq, qarşılıqlı mübadilə, bağışlamaq

Çinlilər özləri haqda zarafat edir

İstifadəçi səsi:   / 2

Çinlilər özləri haqda zarafat edir

Pulumuz olmayanda – donuz saxlayırıq. Pulumuz olanda isə - it.
Kasıb yaşayanda – dağlardan toplanan yabanı otlarla bəslənirik. Varlıykən isə yabanı otları baharı restoranlarda nəfis bir təam kimi sifariş edirik.
Pulumuz olmayanda velosiped sürürük. Pulumuz olanda isə - qonaq otağına yerləşdirdiyimiz velontrenajora minirik.

Ətraflı: Çinlilər özləri haqda zarafat edir

Parkinson qanunu

İstifadəçi səsi:   / 1

Parkinson qanununda deyilir, şirkət böyüdükcə işə götürülən işçilər yüksək əməkhaqqı alır amma səriştəiz işçilərdir. Niyə belə olur? Sadəcə ona görə ki, şirkətdə işləyən işçilər rəqabətdən çəkinirlər.

Ətraflı: Parkinson qanunu

Ön Söz

İstifadəçi səsi:   / 6

Salam dostlar !!! Sizləri öz bloqumda görməyimə çox şadam !!!

Qısa bir informasiya:

- Mən kiməm?

Ətraflı: Ön Söz